Teleqraf.com xəbər verir ki, Əsəd Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Əsəd Abdullayevi qohumu Elçin Əliyevin bıçaqladığı məlum olub.
O, hadisədən əvvəl Elçin Əliyevin evinə qonaq gəlib. Qohumlar arasında pul borcu üstündə yaranan mübahisə sonda cinayətlə nəticələnib. Əsəd Abdullayev mübahisə zamanı Elçin Əliyevi stolun üstündən götürdüyü bıçaqla vurmaq istəyib .
Ondan cəld tərpənən Elçin bıçağı Əsədin əlindən alıb və onun qarın nahiyəsinə bir neçə zərbə vurub.
Elçin Əliyev Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Əsəd Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov