Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şabran rayon sakinləri Tural Kərimov və Teymur Nəzərov tutulublar.
Tural Kərimov və onun dostu Teymur Nəzərov rayon ərazisisində parklarda vətəndaşlara qarşı dələduzluq əməlləri törədiblər.
Belə ki, Tural Kərimov parkda rastlaşdığı Fərhad Hacıyevdən danışmaq adı ilə telefonunu istəyib. Fərhad telefonunu danışmaq üçün ona verib.
Bu zaman Teymur Nəzərov Fərhad Hacıyevdən siqaret almaq bəhanəsi ilə onun başını qarşıdırıb. Fərhadın başının qarışdığını görən Tural Kərimov aradan çıxıb.
Onlar eyni üsulla paytaxt sakini Elmar Əliyevə qarşı da dələduzluq ediblər.
Faktla bağlı cinayət işi başlanıb.