21 İyul 2014 11:47
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda gənc oğlan soyğunçuluq edib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 20-də Bakıxanov qəsəbəsi Sülh küçəsində naməlum şəxs qəsəbə sakini Elnurə Əliyevanın içərisində 180 manat olan əl çantasını götürüb qaçıb.

Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Şükür Bayramov tutulub.

Hacı Zeynalov


Müəllif: