18 İyul 2017 14:17
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Vüqar Rəhimovun cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüqar Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vüqar Rəhimov zərərçəkmiş Tofiq Hüseynova məxsus "TERM" tikinti şirkətində mühasib vəzifəsində çalışıb. O şirkətə məxsus 877 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin məbləğin 537 min manatı ödənilib.

Həmçinin Tofiq Hüseynov “Sumqayıt-Çörək” ASC-nin rəhbəridir. O əvvəllər deputat olub.

Bildirək ki, "TERM" tikinti şirkəti paytaxtda bir çox məşhur otellərin tikintisini həyata keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər