Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sidqi Novruzov saxlanılıb.
Onun yaşadığı evdən xüsusi bağlamada 2, 45 kq heroin, 505 qram tiryək aşkarlanıb.
Sidqi Novruzov narkotik vasitələri İran İslam Respublikasından satış məqsədi ilə əldə edərək ölkə ərazisinə gətirdiyini deyib.
Faktla bağlı cinayət işi başlanıb.