Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumatına görə, kasasiya şikayəti hakim Gülzar Rzayevanın icraatındadır.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə Elşən Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elşən Mustafaoğlu apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə Elşən Mustafaoğlunun apelyasiya şikayətini təmin etməyib.