25 İyul 2017 09:59
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttihama görə, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay və Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu deyilir.

Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər