Teleqraf.com xəbər verir ki, rayonun Xolqarabucaq kəndində 1981-ci il təvəllüdlü Əlibala Səfərov ogey anası, 1971-ci il təvəllüdlü Bahar Mərdiyevanı bıçaqlayaraq öldürüb.
Əlibala Səfərov polisə gələrək təslim olub. O, cinayəti törətdiyini etiraf edib.
Məlumata görə, hadisə mülk üstündə baş verib. Faktla bağlı cinayət işi başlanıb.