29 İyul 2017 20:00
1 718

Bakının Xətai rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Mübariz Novruzi saxlanılıb.

Onun idarə etdiyi “Daevoo” markalı avtomobilə baxış zamanı oradan 310,245 qram heroin və 3,959 qram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov