31 İyul 2017 10:58
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq etməkdə təqislirli bilinən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Azər Əhmədov 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalından həbs edilib.

İttihama görə, Azər Əhmədov Yelena Cəfərovaya 65 min manat, Şükufə Zeynalovaya qarşı 97 min 500 manat məbləğində dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ittiham olunub.


Müəllif: Hacı Zeynalov