31 İyul 2017 11:59
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları cinsi istismara məruz qoyan daha bir qadının barəsində İnterpol vasitəsi ilə axtarış elan edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsindən bildirilib.

Məlumata görə, axtarışa verilən Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü Nətavan Bayramovadır. Onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib.

Qeyd edək ki, bu il insan alveri idarəsi daha iki qadının barəsində axtarış elan edib. Bunlar Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Sədaqət Əliyeva və Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Həsənovadır.

Hər iki qadın Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham edilir. Onların da barəsində 2017-ci ildə axtarış elan edilib.

Məlumat üçün bildirək ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2016-cı ildə 4 qadını, 2015-ci ildə isə 4 qadın və 1 kişini axtarışa verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər