Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Buzovna qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü Gülsurə Kazimova və onun 13 yaşlı oğlu Valeh Kazımov bıçaqlanıb.
Yaşadıqları evdə bıçaq xəsarəti alan ana və oğul 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdiriliblər.
Hadisəni Gülsurə Kazımovanın oğulluğu Ələkbər Kazımov törədib. Hadisə vaxtı o, sərxoş olub.
Faktla bağlı cinayət işi başlanıb.