3 Sentyabr 2017 11:39
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Mübariz Aslanov və qızı, 1975-ci il təvəllüdlü Fərqanə Bayramova bıçaqlanıb.

Məlumata görə, Gəncə şəhərində yeni açılmış marketlərin birində işə girən Fərqanə Bayramova ilə əri arasında mübahisə yaranıb. Arvadının marketdə işləməsini istəməyən ər həyat yoldaşını döyüb. Bundan əsəbləşən Fərqanə atası evinə gedib. Bu zaman onun həyat yoldaşı qayınatasının evinə gedərək orada da mübahisə edib. O, həyat yoldaşını və onları aralamağa çalışan qaynatasını bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər