Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, orada müalicə alan 80 yaşlı Xanoğlan Əzizov dünyasını dəyişib.
Bu il iyunun 18-də Lənkəran şəhərində 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Almagül İsmayılovanı öldürüb.
Məlum olub ki, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi 13 ünvanında sözügedən cinayəti törətmiş Xanoğlan Əzimovun öldürdüyü qadının onun 3-cü həyat yoldaşı olub.
Belə ki, uzun illər əvvəl evlənən Xanoğlan Əzimovun ilk nikahdan 6 övladı olub və onun ilk həyat yoldaşı vəfat edib. Onun ikinci həyat yoldaşı da vəfat edəndən sonra Almagül İsmayılova ilə ailə qurub.
Xanoğlan Əzizov Almagül ilə 17 il evli olub.
Məlumata görə, son illərdə Xanoğlan Əzimovda sinir xəstəlikləri özünü göstərirmiş. Hadisənin də 80 yaşlı kişinin əsəblərinin pozulması nəticəsində baş verdiyi ehtimal edilib.