Bakıda oğurluq etməkdə və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Xəqani İsayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə cinayət işində ciddi qanun pozuntuları aşkarlanıb.
Bu səbəbdən hakimlər cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul ediblər. Məhkəmə işi aparan müstəntiq barəsində isə xüsusi qərardad çıxarıb.
İttihama görə, Xəqani İsayev evlərdən oğurluq etməkdə günahlandırılır. O, Nəsimi rayonunda Qasım Gülməmmədovun evindən 500 manat, Lalə Gülməmmədovanın evindən isə plastik kart oğurlayıb. Saxlanılarkən üzərindən narkotik maddə aşkarlanıb.