19 Sentyabr 2017 12:31
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:28

Masallı rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, rayonun Qızılağac kəndində Afiq Allahverdiyev dayısı oğlu Vüsal Hüseynovla şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Mübahisə zamanı Vüsal Hüseynov Afiq Allahverdiyevi döyüb. Ağır xəsarət alan Afiq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Vüsal Hüseynov həbs edilib. Faktla bağlı cinayət işi başlanıb.

***

Masallı rayonunda Vüsal Hüseynovun bibisi oğlu Afiq Allahverdiyevi qətlə yetirməsi hadisəsinin təfərrüatı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Masallı rayon Prokurorluğunda ifadə verən Vüsal Hüseynov törətdiyi cinayəti etiraf edib.

O bildirib ki, bir neçə il əvvəl kənddəki evini satıb və ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

Məlum olub ki, satdıqları ev ilə eyni həyətdə onun nənəsinin evi olub. Afiq Hüseynovun isə anası 20 il əvvəl vəfat edib. Anası vəfat edəndən sonra Afiq həmin evdə nənəsinin himayəsində yaşayıb.

Vüsal Hüseynov sentyabrın 17-də kəndə gəılib və Afiqin həmin ev üzərində hüququnun olmadığını bildiririb, nənəsinin evini, eləcə də həyatyanı sahəni satmaq istəyib.

Afiq Allahverdiyev Vüsala evi satmağa imkan verməyəcəyini deyib. Onların mübahisəsi sonda qətllə nəticələnib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər