19 Sentyabr 2017 12:39
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 10 il əvvəl adam öldürməyə cəhddə günahlandırılan və Bakıda həbs edilən Hasan Təkbıçağın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Hasan Təkbıçaq barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib.

Onun Türkiyəyə ekstradisiya edilməsi barədə qərar qəbul edilib.

Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən əməliyyat zamanı Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub.

İttihama görə, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər