Xaçmaz rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Nabran kəndinin ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakinləri Kərim Şirinov və Bəhram Həmzəzadə dənizdə çimərkən suda boğulublar.
K.Şirinovun və B.Həmzəzadənin meyitləri sudan çıxarılıb.
Hacı Zeynalov