Gədəbəyin rayon mərkəzində 1992-ci il təvəllüdlü Sahib Rüstəmov bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilən yaralıya vaxtında tibbi yardım göstəridliyi üçün həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, Sahib Rüstəmov iki sevgilinin arasına girməsi nəticəsində bıçaqlanıb. Ulduz Musayeva küçədə Kamil adlı sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı Ulduz öz sevgilisini öldürmək istəyib. Buna səbəb Kamilin başqa bir qadınla münasibət saxlaması olub. Sevgililər davasını görən Sahib onları ayırmaq istəyib.
Bu zaman Ulduz özü ilə götürdüyü bıçaqla araya girən Sahibi vurub.
Sahib Rüstəmovun evli olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.