Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində 50 yaşlı Əbülfəz Əliyev evin yaxınlığındakı su quyusuna yıxılıb.
Əbülfəz Əliyev ətrafdakıların köməyi ilə quyudan çıxarılıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.