9 Noyabr 2017 13:13
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda narkotik tərkibli dərmanların aşkar olunması ilə bağlı xüsusi əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Yardımlı və Cəlilabad rayon polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb.

Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbləri bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyən edilib.

Həmin əraziyə baxış zamanı oradan narkotik tərkibli “T-DOL-200” adlı 10.000 ədəd həb aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər