Paytaxt ərazisində odlu silah və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslərin həbsi istiqamətində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah-sursat olduğu barədə əməliyyat məlumatı daxil olub.
Şübhəli şəxs qismində saxlanılaraq Baş İdarəyə gətirilən Zülfüqar Cəfərovun üzərinə baxış zamanı ondan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Paytaxt sakini Ziya Ağayev 1 kiloqram qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.