23 Noyabr 2017 12:01
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Malik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il iyulun 3-də Nəsimi rayonunun İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvaninda 1972-ci il təvəllüdlü Malik Həsənov münaqişə zəminində 1951-ci il təvəllüdlü Zakir Səlimovu döyərək öldürüb.

Hadisə zamaqnı hər iki şəxs sərxoş olub. Hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur.

Noyabrın 3-də tanışı Zakir Səlimov Malik Həsənovun evinə qonaq gəlib və onlar birlikdə yeyib-içiblər. Daha sonra Malik Həsənov Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən Malik Həsənov qonağın getməkdən boyun qaçırdığını görüncə, onunla mübahisə edib.

Mübahisə daha sonra münaqişəyə çevrilib, Malik taxta parçası ilə qonağının başına 3-4 ağır zərbə endirib. Zakir Səlimov hadisə yerindəcə keçinib. Cinayəti törədən Malik Həsənov könüllü olaraq polis bölməsinə gedib, törətdiyi əməli etiraf edərək təslim olub.

Elan olunmuş ittiham üzrə Malik Həsənov özününü təqsirli bilmədiyini deyib. O, hadisədən əvvəl “102”yə xəbər verdiyini bildirib: “Zakir səfil həyat sürürdü. Bir-iki dəfə onu küçədə görəndə salamlaşdıq, sonra dostlaşdıq, evimə gəlib-gedirdi. Hadisə günü bizdə çimdi, ona paltar verdim. Daha sonra içki içdik. O, yatanda yatağı batırdı. Ondan niyə belə etdiyini soruşdum. Zakirlə aramızda mübahisə düşdü. Onu evdən qovdum, getmədi. Polisə xəbər verdim. Zakiri sonra döydüm, yenə də evimdən çıxmadı. Hadisədən sonra polisə gedib, bu barədə məlumat verdim. Evə qayıdanda o, sağ idi”.

Malik Həsənov ifadəsində qeyd edib ki, 2013-cü ildən xəstədir: “Ustayam, Novxanıda işləyəndə yıxılmışam və həmin vaxtdan da xəstəyəm. Ailəm olub, 2007-ci ildə ayrılmışam”.

Növbəti proses noyabrın 28-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər