Bakının Suraxanı rayonunda internat məktəblərindən birindən oğurluğa cəhd edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Şükürov küçəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin balansında olan binadan oğurluğa cəhd göstərən Əmircan qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Salmanov rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məlum olub ki, Sabir Salmanov həmin binanın pəncərəsindən içəri girib. O, istilik radiatoru və plastik qapını oğurlamağa cəhd göstərib.
Faktla bağlı cinayət işi başlanıb.