27 Noyabr 2017 11:13
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Kamran İslamov 3 il müddətibə azadlıqdan məhrum edilib. Məhkəmədə Kamran İslamov cinsi azlıq nümayəndəsi oldiuğunu etiraf edib.

İttihama görə, Kamran İslamov qonşusu Murad Həsənovu bıçaqlayıb. Hadisə Murad Həsənovun Kamranın atasına olan 50 manat borc üstündə baş verib.

Kamran İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb, həm ibtidai istintaq, həm də məhkəmə araşdırması aparılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər