17 Dekabr 2017 20:10
473

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki peşə məktəbindən 2 ədəd xalça və təmir-tikinti alətləri oğurlanması barədə 14-cü polis bölməsinə məlumat verilib.

Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehman Quliyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov