18 Dekabr 2017 14:28
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Teleqraf.com xəbər verir ki, bu gecə saat 5.00-da rayon ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn iki naməlum maskalı şəxs oranın işçisi, İsmayıllı rayon sakini Mehman Cabbarovu hədələyib.

Onlar məntəqənin istirahət otağında dincələn Mehman Cabbarovu hədələyərək 552 manatını götürüblər.

Zərərçəkmiş quldurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinə müraciət edib.

Araşdırma zamanı basqınçıların Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər