20 Dekabr 2017 19:27
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Lənkəran sakini Azər Mehdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, onun üzərindən içərisində narkotik vasitə olması şübhə doğuran 4 bağlama aşkar edilərək götürülüb.

Ekspertiza narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 755 qram həşiş qətranı olduğu barədə rəy verib.

Məlum olub ki, narkotik vasitə Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilib və rayonun Şahağacı kəndi ərazisindəki yarımçıq tikilidə gizlədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər