5 Yanvar 2018 12:20
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:29

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu Arif Rəhimovun cinayət işi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.

İttihama görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub, daha sonra idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin “Opel” markalı avtomobinə çırpılıb.

Füzili Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişin xəstəxanaya yerləşdirilib.

Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xatırladaq ki, qəzanın səbəbkarı olan Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğludur. Hadisə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

***

Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1998-ci ildə Bakıda anadan olmuş Arif Rəhimov subay və orta təhsillidir.

Daha sonra zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib və hadisə zamanı dünyasını dəyişmiş şəxsin hüququ varisi elan olunub.

İşə məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər