Oğru gənc qızı soymaq üçün onu vəhşicəsinə döyüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.
Oğru bir müddət izlədiyi qızı yaşadığı evin blokunda tutub və əlindəki şüşə butulka ilə ona dəfələrlə zərbə endirib.
Hadisə nəticəsində qız huşunu itirib. Oğru bu zaman onun çantasındakı 10 min rubl (300 manat) pulu götürüb və aradan çıxıb.
Yaralı qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.
Təhlükəsizlik kamerasına əks olunmuş görüntüləri təqdim edirik: