8 Yanvar 2018 13:39
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə məlumat verib.

Şikayətçi bayram tətili ilə əlaqədar Şəki şəhərində olduğu müddətdə naməlum şəxsin pəncərəni qıraraq evinə daxil olduğunu, oradan qızıl-zinət əşyaları və bir ədəd “LG” markalı televizoru oğurladığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu, evdə heç kimin olmadığını qabaqcadan bildiyini qeyd edib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb.

Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evindən məişət əşyaları və televizor oğurladığı məlum olub.

Həmin evlərin sahibləri də bayramla əlaqədar müxtəlif bölgələrdə istirahətdə olublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər