3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş Elnur Elxan oğlu Kazımova tanışı vətəndaş İmanxan Millət oğlu Məmmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Baxış zamanı quru çayın içərisində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 3,343 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.