5 Avqust 2014 14:25
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə Hüseynbala Mirələmovun qardaşı oğluna 2 il 6 ay cəza kəsdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şıx çimərliyinin sahilində yerləşən “1001 gecə” istirahət mərkəzində baş vermiş qətl hadisəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokurorun çıxışı baş tutmayıb. Buna səbəb Rəşad mirələmovun barəsində Xəzər rayon Məhkəməsinin çıxardığı hökm olub.

Xəzər rayon Məhkəməsi Rəşad Mirələmovun barəsində 2 il 6 ay müddətinə hökm çıxarıb. Həmin hökmdən Rəşad Mirələmov apelyasiya şikayəti verib. Amma şikayətin verilmə müddəti qanuna uyğun olaraq ötüb. Buna görə də sözü gedən məhkəmə Rəşad Mirələmovun şikayətini geri qaytarıb.

Prosesdə Rəşad Mirələmovun barəsində hökmün qanuni qüvvəsinə minməsini öyrənmək üçün Xəzər rayon Məhkəməsinə sorğu göndərilib. Sorğunun cavabından sonra prokuror çıxış edəcək. Buna görə də Rəşad Mirələmovun işi üzrə məhkəmə qeyri müəyyən vaxtadək təxirə salınıb.

Rəşad Mirələmov Xəzər rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi üzrə ittiham olunub.

Qeyd edək ki, Ramal Bayramovun qətlilə bağlı bu iş üzrə məhkəmə qarşısına bir nəfər çıxarılıb - Rəşad Mirələmov. O, “1001 gecə”nin sahibi, deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

Cinayət işinin materiallarına görə, 17 iyul 2012-ci ildə “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insidentin məhz Rəşad Mirələmov tərəfindən törədildiyi sübuta yetirilib. Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürdüyü, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini öldürməyə cəhd göstərdiyi müəyyən olunub.

Bu səbəbdən də ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd, hədə-qorxu ilə tələb etmə və qanunsuz silah saxlama maddələrilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rəşad Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər