Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib.
Daha sonra Pərvin Abıyevanın vəkili Ceyhun Yusifov qarşılıqlı iddiaya etiraz edib.
Tunay Əlieyevanın vəkili Adəm Məmmədov iddianı dəqiqləşdirəcəklərini bildirərək məhkəmədən vaxt istəyib.
Proses martın 1-dək təxirə salınıb.
Qeyd edək ki, Tunay Əliyeva sosial şəbəkədə Pərvin Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.
Pərvin Abıyeva isə İnstaqram səhifəsində Tunay Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.