28 Fevral 2018 13:14
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudatda həmyerlisini öldürməkdə təqsirli bilinən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 7-nə təyin edilib.

İttihama görə, Xudat şəhərində 1964-cü il təvəllüdlü Bəxtiyar Çobanov 1968-ci il təvəllüdlü tanışı Hikmət Babayevi qətlə yetirib.

Məlum olub ki, Hikmət Babayev 2017-ci il oktyabrın 29-da Bəxtiyar Çobanovun Xudat şəhərində yerləşən evinə qonaq gəlib. Evdə içki məclisi qurulub. Sərxoş olandan sonra tanışların sözü çəpləşib. Hikmət Bəxtiyarın ünvanına nalayiq ifadələr işlədib. Əsəbiləşən Bəxtiyar bıçağa əl atıb.

Hadisəni törədən Bəxtiyar Çobanov həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər