Gəncə şəhərində silsilə cinayətlərin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 1000 manat və televizor oğurlanması barədə Kəpəz rayon Polis İdarəsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov və Rəşad Hümbətov saxlanılıblar.
Bundan başqa, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Zöhrab Zeynalzadəyə məxsus “Ford” markalı avtomobildən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 14-dən cari il fevralın 11-dək olan müddətdə rayon ərazisində “VAZ” markalı 4 avtomobildən hava toru və benzin, 2 ədəd maqnitofon, geyim əşyaları, 1 mağaza və 1 evdən ərzaq məhsulları, su mühərriki, habelə 1 mobil telefon oğurladığı da müəyyən edilib.