Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Gəncə prospektində yerləşən istirahət parkında qeydə alınıb. Naməlum şəxs Bakı şəhər sakini Rəşad Mahmudova zor tətbiq edərək fotoaparatını alıb.
Rəşad Mahmudov zorakılıqla üzləşməsi ilə bağlı 35-ci polis bölməsinə şikayət edib. O, bildirib ki, parkda şəkil çəkdiyi zaman bir nəfərin zorakılığı ilə üzləşib v fotoaparatını əlindən alıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Tural Bağırzadə tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov