Binəqədi rayonunda fərdi yaşayış evlərindən oğurluq edən şəxsin tutulması üçün əməliyyat tədbiri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Xətai Rüstəmov həbs edilib.
Onun ötən ilin oktyabr ayından cari ilin fevral ayınadək olan müddətdə 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.