Bakının Xətai rayonunda qadının evinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Svetlana Zöhrabovanın yaşadığı evə əri Polad Paşayev və anası Zümrüd Paşayeva gəlib.
Onlar Svetlana Zöhrabovanı öldürməklə hədələyiblər. Hadisə zamanı Poladda tapança olub.
Svetlana Zöhrabova baş verən olayla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Polad Zöhrabov saxlanılıb. Ondan tapança və 5 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.