Sumqayıtda axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Oqtay Şirinovun yeri müəyyən edilərək saxlanılıb.
Onun üzərində kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkar edilib.
Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu müəyyən olunub.
Oqtay Şirinov götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.