Gəncə şəhərində avtomobillərdən oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da şəhər sakinləri Hafiz Mansurovun mobil telefonunu və Akif Qurbanovun “VAZ-21013” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Həsənov saxlanılıb.
Onun bu əməlləri birlikdə törətdiyi daha 2 nəfər - şəhər sakinləri Nicat Cəlilov və Möhsüm Tağıyev də saxlanılıblar.
Onların cari ilin fevral ayından mart ayının 12-dək olan müddətdə şəhər ərazisində 17 avtomobildən akkumulyator, maqnitofon və mobil telefon oğurladıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.