13 Aprel 2018 17:38
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirli bilinən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Mirzə Şəmsiyev vəsatətlə çıxış edib.

O, əlavə şahid qismində bir neçə nəfərin məhkəməyə çağırılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Növbəti proses aprelin 24-də davam edəcək.

İttihama görə, Mirzə Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adı ilə onun həyat yoldaşı Firəngiz Ulutürkə aldadıb.

O, Firəngiz Ulutürkdən təxminən 4 min manat alıb.

Istintaq araşdırması zamanı təqsirləndirilən şəxsin daha bir neçə nəfərə qarşı dələduzluq etdiyi müəyyən edilib. O, işdə olan digər zərərçəkmişlərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.

Mirzə Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər