Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki marketlərin birindən 1420 manat oğurlanması barədə 27-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əşrəf Hüseynov saxlanılıb.