18 May 2018 09:09
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonu ərazisində qadınlar arasında dava baş verib.

1977-ci il təvəllüdlü Quliyeva Solmaz Qarabala qızı qonşuluqda yaşayan qadınla əlbəyaxa olub.

Nəticədə S.Quliyeva ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.


Müəllif: Teleqraf.com