14 Avqust 2014 00:39
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Alpoud kəndində qeydə alınıb.

Kənd sakini 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun meyiti yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb.

Məlumata görə, əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsində müayinə edilib.

Ekspertizanın rəyinə əsasən məlum olub ki, Sahib Abbasov odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və dünyasını dəyişib.

Məlumata görə, Sahib Abbasov Alpoud kəndində çörək sexi işlədirdi və sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Dörd uşaq atası olan Sahib Abbasovun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi hələ ki, məlum deyil.

Hazırda qətli törədən şəxsi tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA


Müəllif:

Oxşar xəbərlər