14 Avqust 2014 11:33
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayı ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 47 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 24 nəfəri Azərbaycan, 11 nəfəri Özbəkistan, 4 nəfəri Moldova, 3 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə və hər ölkədən 1 nəfər olmaqla Rusiya, İran və Ukrayna vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 22 kiloqram 166 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ay ərzində “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana gələrkən Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Nəbiyev Nizami Nəbi oğlunun, Göyçay rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fazil Maqsud oğlunun, Məmmədov Şərif Akif oğlunun, Lənkəran rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Nazim Surxay oğlunun, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Nəzərov Mahir Tapdıq oğlunun, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Şərif Akif oğlunun, “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçmiş Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Füzuli oğlunun bədənlərinin daxili orqanlarında gizlətdikləri narkotik maddələr aşkarlanaraq götürülüb.

Bundan əlavə sərhədyanı rayonların ərazisində 4 halda 8,2 hektar sahədən ümumi çəkisi 13 ton 256,4 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli bitki yığılaraq müvafiq qaydada yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 587 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança, 2 ədəd bıçaq, 2,365 qram civə, Rusiyaya aid olan 0,5 litrlik spirtli içkilər üçün 250 min ədəd saxta aksiz markası, 17 ədəd onluq qızıl pul, 4 ədəd beşlik qızıl pul, 1 ədəd qızıl saat, 405 ABŞ valyutası, 310 ədəd pirotexniki vasitə, 2434 qutu siqaret, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər