Yevlax şəhəri ərazisində iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Nizami Məmmədov qardaşı Vaqiflə şəxsi münasibətlər zəminində mübahisə edib.
Daha sonra Nizami Məmmədov qardaşına məxsus “Mercedes” markalı avtomobili qəsdən yandırıb.
Nizami Məmmədov Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.