Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini olan bir nəfər iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib.
Onların Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.