Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Minəxorlu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Günay Məmmədova özünü asaraq ölüb. Bir il əvvəl ailə quran Günay Məmmədovanın hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov