22 İyun 2018 11:07
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com-un məlumatına görə, rayonun Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq evinin həyətində 1994-cü il təvəllüdlü Eltun Rəcəbov dostu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, onlar dünən axşam saatlarında “Ağ Saray” şadlıq evinin həyətindəki çay evində oturublar. Çay masası arxasında dostların sözü çəp gəlib, onlar mübahisə etməyə başlayıblar.

Çay evinin sahibi mübahisəni yatırıb, dostlar isə mübahisələrini çöldə davam etdirmək qərarına gəliblər.

Şadlıq evinin həyətində mübahisə edən dostlardan biri bıçağa əl atıb. Eltun Rəcəbov dostu tərəfindən iki bıçaq zərbəsi alıb.

Cinayəti törədən hadisə yerini tərk edib.

Hazırda 6-cı polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov